Qəbələdə 6 otaqlı ev YANDI
    • 22-01-2020, 18:33
    • 1 257

Qəbələdə 6 otaqlı ev YANDI

Qəbələdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, Qəbələ rayonunun Mıxlıqovaq kəndində ümumi sahəsi 264 m² (hər mərtəbəsi 132 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 132 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.