Mühafizəçi “BMW”ni qaçırıb QƏZA TÖRƏTDİ
    • 21-02-2020, 12:34
    • 1 502

Mühafizəçi “BMW”ni qaçırıb QƏZA TÖRƏTDİ

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev yanvarın 30-da yaşadığı evin qarşısından “BMW” markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulmasını bildirib.

Daxili İşlər Nazirliyindən  News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.