Bazarlarda dezinfeksiya işlərinə başlanıldı - FOTO
    • 9-03-2020, 23:03
    • 913

Bazarlarda dezinfeksiya işlərinə başlanıldı - FOTO

Koronavirus ilə bağlı Gəncənin bazarlarında dezinfeksiya tədbirlərinə başlanılıb.

News24.az xəbər verir ki, ölkənin ikinci böyük şəhərinin ən iri meyvə tərəvəz bazarında profilaktit dezinfeksiya işləri aparılır.

Dezinfeksiya tədbirləri səhər saatlarında daha dəqiq desək bazar fəaliyyətə başlamamışdan öncə həyata keçirilir və məhz bundan sonra bazar fəaliyyətə başlayır. Profilaktik tədbirlər çərçivəsində bazarın bütün hissələri dezinfeksiya olunub.

Piştaxtalar, burada çalışan satıcıların və çalışanların soyunma geyinmə otaqları, kafe və digər iaşə obyektləri ərazidə fəaliyyət göstərən hotel kompleksi Almaniyadan gətirilən xüsusi məhlullarla tam dezinfeksiya olunub. Profilaktik tədbirlər həmçinin bazarın giriş çıxış hissələrində, avtomobil parkında da aparılıb. Korona virusu iklə bağlı həyata həyata keçirilən qabaqlayıcı tədbirlərin mütamadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.