Bakı-Quba yolunda “protiv” gedən “Opel”in VİDEOSU
    • 10-03-2020, 12:21
    • 832

Bakı-Quba yolunda “protiv” gedən “Opel”in VİDEOSU

Bəzi rayonlarda magistral yol kənarında yerləşən kənd və qəsəbələrdə yaşayan insanların avtomobillə gedəcəkləri yolu qısaltmaq üçün əks hərəkət zolağına çıxmasına rast gəlinir.

News24.az-ın məlumatına görə, belə hallardan biri martın 7-də Şabran rayonunda baş verib. Belə ki, Bakı-Quba-Rusiya sərhədi magistralının Sincanboyad kəndindən keçən hissəsində “Opel Astra” markalı avtomobilin sürücüsü əks hərəkət zolağı ilə hərəkət edərək üzbəüz gələn maşınlar üçün böyük təhlükə yaradıb.

Hadisənin videosunu təqdim edirik.