Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, 4-ü ölüb
    • 30-03-2020, 16:28
    • 942

Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, 4-ü ölüb

Azərbaycanda koronavirus infeksiyasına ümumilikdə 273 yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.