Bakıda marşrut avtobusunda ölən sərnişinin kimliyi bəlli oldu

Bakıda marşrut avtobusunda ölən sərnişinin kimliyi bəlli oldu Hadisə

Dünən səhər saatlarında Bakı şəhər Binəqədi rayonunda marşrut avtobusunda sərnişinin ölməsi barədə məlumat vermişdik.

News24.az xəbər verir ki, hadisə nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Belə ki, fevralın 18-i saat 9 radələrində Mircəlal küçəsində marşrut avtobusunda ölən şəxs Bakı şəhər sakini 1954-cü il təvəllüdlü İzzət Mirzə oğlu İsgəndərov olub.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü qeyd edilib.

Yaşar Araz