Ucarda zəncirvari qəza - Xəsarət alanlar var

Ucarda zəncirvari qəza - Xəsarət alanlar var Hadisə

Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində zəncirvari yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan TIR, "Vita" və "Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Mercedes" yoldan çıxıb.

Xəsarət alanlar var.

Əraziyə polis əməkdaşları cəlb olunub. (Unikal)

Ucarda zəncirvari qəza - Xəsarət alanlar var