Azərbaycanın 2 güləşçisi finalda
    • 23-07-2019, 14:08
    • 952

Azərbaycanın 2 güləşçisi finalda

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən güləş yarışları bu gün başa çatacaq.

News24.az
xəbər verir ki, yarışın son günündə Azərbaycan idmaçılarından 2-si finala yüksəlib.  

Yunan-Roma güləşçisi Elmir Əliyev 51 kq çəki dərəcəsində 1/8  finalda norveçli idmançı Kristoffer Andreseni 8:0, 1/4  finalda rumıniyalı atlet Romania Nihaini 2:1, yarımfinalda isə gürcüstanlı Nukri Benidzeni 6:1 məğlub edərək finala keçib.

Eyni çəki dərəcəsində yarışan Kənan Heybətov isə ukraynalı İvan Terziyə, finlandiyalı Niko Hivoneyə və Nektarious Kuzupisə qalib gələrək finala adlayıb.