Karateçimizə əri sürpriz etdi - kövrəltdi
    • 25-01-2020, 21:04
    • 1 399

Karateçimizə əri sürpriz etdi - kövrəltdi

Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışında karateçimiz İrina Zaretskaya finala çıxıb.


News24.az xəbər verir ki, ukraynalı legionerimiz norveçli, serbiyalı, çinli və yaponiyalı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Onun sabah finaldakı rəqibi misirli Feryal Abdeləziz olacaq.


Yeri gəlmişkən, onun əri Aleksandr İrinaya sürpriz edib. Zaretskaya Yaponiya telekanallarından birinə müsahibə verdiyi vaxt əri peyda olub. Bu, İrinanın kövrəlməsinə səbəb olub.