Millimiz Slovakiya ilə heç-heçə etdi
    • 2-02-2020, 02:00
    • 3 243

Millimiz Slovakiya ilə heç-heçə etdi

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raundunda son oyununu keçirib.

News24.az xəbər verir ki, yığmamız Slovakiya millisi ilə üz-üzə gəlib. 

Xorvatiyanın Osiek şəhərindəki "Gradski vrt Arena"da təşkil olunmuş qarşılaş 3:3 hesabıyla başa çatıb.

Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub. 

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin taleyi saat 23:00-da başlanacaq Xorvatiya - Rusiya matçından sonra müəyyənləşəcək.

Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.