Azərbaycan Avropa Cüdo Birliyinin 70-ci konqresində təmsil olunub
    • 3-12-2018, 12:45
    • 875

Azərbaycan Avropa Cüdo Birliyinin 70-ci konqresində təmsil olunub

Litvanın Kaunas şəhərində Avropa Cüdo Birliyinin (EJU) 70-ci Konqresi keçirilib.

Konqresə qitənin 37 ölkəsinin cüdo qurumlarının rəsmiləri qatılıb. Azərbaycanı tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təmsil edib. 
Toplantıda EJU-nun prezidenti Sergey Soloveyçik çıxış edərək bu idman növünün olimpiya hərəkatının inkişafındakı rolundan danışıb. Qitə cüdo təşkilatının rəhbəri 2019-cu ildə də idman, təhsil və inzibati məsələlərlə bağlı tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Konqresə dəvət olunan qonaqlar arasında Beynəlxalq Cüdo Federasiyasının baş katibi Jan-Luk Roge də yer alıb.

//Report