"Zirə" Antalyada Qazaxıstan və Rumıniya komandaları ilə qarşılaşacaq
    • 20-12-2018, 15:03
    • 895

"Zirə" Antalyada Qazaxıstan və Rumıniya komandaları ilə qarşılaşacaq

“Zirə” futbol komandasının Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi iki rəqibi müəyyənləşib.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv yanvarın 15-də Qazaxıstan Super Liqasında çıxış edən “Taraz”, 18-də isə Rumıniyanın yüksək dəstəsində yer alan “Konkordiya” ilə qarşılaşacaq.
“Zirə”nin yoxlama oyunu keçirəcəyi daha iki rəqibi yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, “Zirə” 13 - 27 yanvarda Türkiyədə hazırlıq keçəcək.

//Report