"Diqlas"dan zərər çəkmiş sahibkarların da kredit borclarına güzəştlər olunacaq - Yeni Qərar
    • 3-04-2019, 13:39
    • 1 027

"Diqlas"dan zərər çəkmiş sahibkarların da kredit borclarına güzəştlər olunacaq - Yeni Qərar

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonu ərazisində “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində burada ticarətlə məşğul olan sahibkarlara xeyli miqdarda ziyan dəyib. News24.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərinin aşağı salınması məsələləri Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclasında müzakirə olunub. Qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.