Yeni videozəng xidməti fəaliyyətə BAŞLADI
    • 15-05-2020, 22:23
    • 1 926

Yeni videozəng xidməti fəaliyyətə BAŞLADI

“Facebook” sosial şəbəkəsində “Messenger Rooms” videozəng xidməti fəaliyyətə başlayıb.

News24.az “iz.ru” saytına istinadən xəbər verir ki, videozəng xidməti artıq ABŞ və Kanadada rəsmi olaraq öz işinə başlayıb.

Sözügedən mobil tətbiqetmə gələn həftədən bütün dünyada istifadəyə veriləcək.

Şirkətin direktoru Mark Zukerberq sosial şəbəkədəki səhifəsində bu xidmətin koronavirus pandemiyasına görə videozənglərə olan tələbatın artması ilə əlaqədar yaradıldığını bildirib. O, “Facebook” və ya “Messenger” proqramları vasitəsilə artıq videokonfranslar yaratmaq mümkün olacağını diqqətə çatdırıb.