Şagirdləri daşıyan mikroavtobus aşdı: 12 yaralı - FOTO
    • 2-03-2019, 14:43
    • 728

Şagirdləri daşıyan mikroavtobus aşdı: 12 yaralı - FOTO

Türkiyənin Diyarbakır vilayətinin Çermik rayonunda yolun qarlı və buzlu olması səbəbindən şagirdləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 11 şagird və sürücü xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda tibb, xilasetmə və polis briqada əməkdaşları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Çermik Dövlət Xəstəxanasına aparılıblar.
Onların vəziyyəti normal olduğu bildirilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

//AvtosferAz