Bakıda kişi azyaşlı qızın köməksiz halından istifadə edib onu zorladı
    • 23-05-2019, 16:11
    • 2 974

Bakıda kişi azyaşlı qızın köməksiz halından istifadə edib onu zorladı

2017-ci ilin avqust ayında Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq cinayəti törətmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni seksual xarakterli zorakılıq hərəkətləri aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş 1983-cü il təvəllüdlü Murad Abbas Nağı oğlu məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə əlaqədar avqustun 8-də Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində A. Murad şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.