Şamaxıda ağır qəza, yaralılar var -FOTO
    • 18-07-2019, 00:37
    • 1 001

Şamaxıda ağır qəza, yaralılar var -FOTO

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, axşam saatlarında baş verən qəza Şamaxı-Padarçöl avtomobil yolununun Göylər kəndi ərazisində qeydə alınıb.


İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. 

Baş verən qəzada xəsarət alanlardan 4-nün adları məlum olub. Bunlar Şamaxı və Kürdəmir sakinləri-1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü il təvəllüdlü Şükürov Saleh Taleh oğlu, 1996-cı il təvəllüdlü Qəhrəmanov Elməddin Elşad oğlu və 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğludur.

Yaralılar dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma başlanıb.