Bakıda qadınları şantaj edən şəxsin ŞOK ƏMƏLLƏRİ
    • 14-01-2020, 18:06
    • 1 254

Bakıda qadınları şantaj edən şəxsin ŞOK ƏMƏLLƏRİ

Bakıda 3 qadını şantaj edən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Babaşov Habil İrza oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü, yəni, hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Qeyd edək ki, Habil Babaşovun Quliyeva, Əsədova və Bəyalıyeva soyadlı 3 qadını şantaj etdiyi və külli miqdarda vəsait tələb etdiyi bildirilir. Qadınların şikayəti əsasında o, məsuliyyətə cəlb edilib.