Sumqayıtda mənzildən qadın meyiti tapıldı
    • 12-03-2020, 21:27
    • 666

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Lyuba Qayıbovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.