Siyəzəndə evdən 3 minlik QIZIL OĞURLANDI
    • 16-03-2020, 12:26
    • 890

Siyəzəndə evdən 3 minlik QIZIL OĞURLANDI

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cari ilin mart ayının 9-da rayonda yerşələn evlərin birindən 3500 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən rayonun Yenikənd kənd sakini Ə.Fərzəliyev saxlanılıb. 

Dindirilmə zamanı Ə.Fərzəliyev torətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, Ə.Fərzəliyevin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.