Bakıda qadın alveri ilə məşğul olan Ənnüfüzün ŞOK ƏMƏLLƏRİ
    • 19-03-2020, 09:56
    • 1 166

Bakıda qadın alveri ilə məşğul olan Ənnüfüzün ŞOK ƏMƏLLƏRİ

Bakıda qadın alveri ilə məşğul olan daha bir nəfər barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, paytaxt sakini Quliyeva Ənnüfüz Fəxrəd qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, yəni, insan alveri – 2 və ya daha çox şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb. İstaintaq zamanı məlum olub ki, Ə.Quliyeva 4 qadını fahişəliyə cəlb edib və müxtəlif ünvanlarda onların kişilərlə pul qarşılığında görüşərək cinsi əlaqədə olmasını təmin edib. 

Artıq iş üzrə ibtidai istintaq başa çatıb və cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.