Bakı polisindən ötən gün baş verən cinayətlərlə bağlı - AÇIQLAMA
    • 20-03-2020, 10:41
    • 706

Bakı polisindən ötən gün baş verən cinayətlərlə bağlı - AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

News24.az xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da 23 cinayətin üstü açılıb.
Onlardan 3-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 1, narkotiklərlə əlaqəli 8, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 23 nəfər saxlanılıb.
İtkin düşən kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.