USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 22°C
  • ŞUŞA 20°C
  • GƏNCƏ 22°C
  • LƏNKƏRAN 24°C
  • ŞƏKİ 23°C
  • QUBA 19°C
  • NAXÇIVAN 21°C

Maskalılar sürücünü bıçaqla hədələyib, 10 min dollar PULUNU ALDILAR

KRİMİNAL

Mətn ölçüsü

Bakı sakinini bıçaqla hədələyib 10 min dollar pulunu alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  News24.az-a verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Xəbəri paylaş: