Bakıda gənc qadının başına OYUN AÇDILAR

Bakıda gənc qadının başına OYUN AÇDILAR Kriminal
Bakının Nizami rayonunun qadın sakini tanışı tərəfindən döyülüb. 

News24.az
xəbər verir ki, polisə müraciət edən 1989-cu il təvəllüdlü Aydan Məmmədova gecə saat 03-də Babək prospekti 25/23 ünvanında yerləşən kafedə tanışı tərəfindən döyüldüyünü deyib.

30 yaşlı qadın Mirxaliq adlı şəxsin gecə saatlarında onu kafedə döyərək xəsarətlər yetirdiyini bildirib.

Olayla bağlı araşdırma aparılır.

Taleh Bağırov