BMT missiyası yaxın günlərdə Qarabağa - gələcək

BMT missiyası yaxın günlərdə Qarabağa - gələcək Maraqlı

BMT missiyası həftə sonu Qarabağa gələcək.

News24.az xəbər verir ki, bunu təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik mətbuat konfransında bildirib.

BMT-nin Qarabağa gedəcək missiyası sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirəcək. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxil olacaq. Missiya regionda azı 10 gün qalacaq.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.