"Labubu" film olacaq
Maraqlı
"Sony Pictures" uzun metrajlı "Labubu" filminin hazırlanması üçün tərəflər arasında razılaşma imzalanıb.
News24.az xəbər verir ki, şirkət bu personajlara əsaslanan film üçün hüquqları satın alıb.
Hələlik layihənin tam vizyonu açıqlanmayıb və aktyorlar müəyyən edilməyib. Filmin animasiya olub-olmayacağı da hələlik təsdiqlənməyib.
Qeyd edək ki, "Labubu" obrazı Honq konqlu dizayner Kasin Lunq tərəfindən “The Monsters” kitabı üçün yaradılıb. Çin şirkəti "Pop Mart" ilk dəfə bu obraz əsasında 2019-cu ildə açar bəzəkləri istehsal edib. Sonradan isə yumşaq oyuncaqlar satışa çıxarılıb. 2025-ci ildə "Labubu" qlobal trenda çevrilib. Böyük tələbat səbəbilə Böyük Britaniyada bu oyuncaqların oflayn satışı müvəqqəti dayandırılıb.(Unikal)