Tahir Gözəl sığınacaqdakı uşağa forma hədiyyə etdi
Maraqlı
“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.
News24.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat yayılıb.
"Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözəl Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşimizə rəsmi formamızı təqdim edib", - məlumatda bildirilib.