Adobe Acrobat-a süni intellekt gəlir
Maraqlı
Məşhur proqram "Adobe Acrobat" gözlənilməz hərəkətlə süni intellekt yeniləməsini alacaq. Bu yeniləmə sayəsində proqram yeni nəsil söhbət köməkçisinə sahib olacaq və ümumiləşdirmədən suallara cavab verməyə qədər bir çox mürəkkəb əməliyyatları sürətlə yerinə yetirə biləcək.
News24.az xəbər verir ki, PDF-nin hələ də mühüm rol oynadığı korporativ və akademik dünya üçün bu yeniliyin çox dəyişəcəyi proqnozlaşdırılır. "Adobe" bu gün 3 trilyondan çox PDF faylının dövriyyədə olduğunu iddia edib.
"Adobe Acrobat və Reader" proqramlarında bütün prosesləri əhatə edəcək süni intellekt köməkçisi oxunan əsərlərdəki mənbələri yoxlayaraq plagiat hallarını azaltmağı hədəfləyir. Bundan əlavə, şirkət rəhbərliyinin özü bu köməkçinin heç bir şəkildə və heç bir halda icazəsiz istifadəçi məlumatlarından istifadə etməyəcəyini öhdəsinə götürür. Ancaq bu məsələdə nə qədər səmimi olduqlarını qarşıdakı dövrdə görəcəyik.
"Adobe" bunun yalnız başlanğıc olduğunu və daha çox AI əsaslı xüsusiyyətləri gətirməyə davam edəcəklərini söyləyib. Ödənişli "Acrobat" abunəçiləri yeniləmənin beta versiyasını indi sınaqdan keçirə bilsələr də, pulsuz istifadəçilər hələ ki, ona daxil ola bilmirlər. Yeniləmə tamamlandıqda, bəzi funksiyaların yalnız ödənişli üzvlər üçün əlçatan olacağı demək olar ki, dəqiqdir.
Günel Məlikzadə