Kəndlər “soyuq lava” altında qaldı: - Ölənlər var

Kəndlər “soyuq lava” altında qaldı: - Ölənlər var Maraqlı

İndoneziyanın Sumatra adasındakı Marapi vulkanına yaxın kəndlərdə 'soyuq lava' axını və daşqınlar baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində azı 41 nəfər ölüb.

Sumatranın ən aktiv vulkanı olan Marapi dağından kül və qayaların sürüşməsinə yağan güclü yağış səbəb olub.

Qeyd edək ki, baş verən sel iki rayonda həyata mənfi təsir göstərib. İnsan tələfatı ilə yanaşı, bölgədə 100-dən çox ev, məscid və ictimai binalara ziyan dəyib. 17 nəfərin itkin düşdüyü bildirilir.

Günel Məlikzadə

Kəndlər “soyuq lava” altında qaldı: - Ölənlər var