Microsoft-dan Fransaya 4 milyard avro

Microsoft-dan Fransaya 4 milyard avro Maraqlı

ABŞ-ın “Microsoft” texnologiya şirkəti Fransaya əsasən süni intellekt sahəsinə 4 milyard avro sərmayə qoymağı planlaşdırdığı bildirilir.

News24.az xəbər verir ki, Microsoft prezidenti Brad Smith etdiyi şərhdə şirkətin Fransadakı varlığını genişləndirmək üçün planlaşdırdığı 4 milyard avroluq sərmayənin böyük hissəsinin süni intellekt sahəsinə ediləcəyini və ölkədə məlumat mərkəzinin də qurulacağını bildirib. 

ABŞ-da yerləşən Amazon da Fransaya 1,2 milyard avro sərmayə qoyacağını və ölkədə 3 mindən çox iş yeri açacağını açıqlayıb. Amazon 2010-cu ildən bəri Fransaya 20 milyard avrodan çox sərmayə qoyub.

Günel Məlikzadə