Müdafiə Naziri BMT-dən çıxmağa - ÇAĞIRIŞ ETDİ

Müdafiə Naziri BMT-dən çıxmağa - ÇAĞIRIŞ ETDİ Maraqlı

Çexiyanın müdafiə naziri Jana Çernoxova BMT Baş Assambleyasının Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə görə respublikanı BMT-dən çıxmağa çağırıb. 

News24.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

“ BMT Baş Assambleyasında qətnamənin qəbul edilməsinin əleyhinə səs verilməsinə baxmayaraq bu sənədin qəbulu HƏMAS terrorçularının  misli görünməmiş terror aktınının müdafiəsinin göstəricisidir".

“Terrorçuları dəstəkləyən və ölkələrin fundamental özünümüdafiə hüququna hörmət etməyən bir təşkilatda qalmağın mənası yoxdur “- deyə, o, sözlərini tamamlayıb.

Ülkər Abdurahmanlı