Qızıl unitazı oğurlayanlar məhkəməyə çıxacaq

Qızıl unitazı oğurlayanlar məhkəməyə çıxacaq Maraqlı

Böyük Britaniyanın 61-ci baş naziri Uinston Çörçillin mülkü olan Blenheim sarayından qızıl unitaz oğurlamaqda təqsirləndirilən 4 nəfərin məhkəməsi keçiriləcək.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bub arədə "The Guardian" məlumat yayıb.

Məqalədə qeyd edilir ki, tualet 18 karatlıq qızıldan hazırlanıb və italyan rəssamı Mauritsio Kattelanın əsl sənət əsəridir.

Oğurlanan mallın dəyəri 5 milyon 500 min avro qiymətləndirilir.

Məhkəmə noyabrın 28-də başlayacaq.

Qızıl tualet əvvəllər Nyu Yorkdakı "Solomon Guggenheim" muzeyində nümayiş etdirilib.