Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi Maraqlı

Bankdan verilən açıqlamada ölkədə inflyasiya azalmağa başlasa da, hələ də yüksək səviyyədə qaldığı bildirilib.

News24.az xəbər verir ki, il sonu inflyasiyanın 4-4,5% arasında olması gözlənildiyi ifadə edilərkən, Rusiya iqtisadiyyatının 2023-cü ildə 3,6% ilə gözləntilərin üzərində böyüdüyünə diqqət çəkilib.

Açıqlamada daxili tələbatın məhsul və xidmətlərin istehsal gücünü aşmağa davam etdiyi bildirilərək, "Rusiya Mərkəzi Bankı siyasət faiz dərəcəsini 16% səviyyəsində sabit saxlamağa qərar verdi" ifadəsi işlədilib.

Həmçinin, Bankın izləyəcəyi pul siyasətinin inflyasiyadakı enişi möhkəmləndirməyə davam edəcəyi vurğulanıb.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı son dəfə 2023-cü ilin dekabrında uçot dərəcəsini 100 baza bəndi artıraraq 16 faizə çatdırıb.

Günel Məlikzadə