"X" hesabları bağlamağa davam edir
Maraqlı
Keçən il İlon Mask tərəfindən satın alınan "X" platforması hesabların bağlanması halları ilə yenidən gündəmə gəlib. Bu yaxınlarda Hindistan hökuməti qeyri-qanuni təşkilatlarla əlaqəli olduğunu iddia etdiyi bəzi hesabların bağlanmasını tələb etdi.
News24.az xəbər verir ki, son qərarları ilə tənqidlərə səbəb olan "X" rəhbərliyi, görünür, yenidən hesabı bağlamağa üstünlük verib. Bununla belə, "X" məsələ ilə bağlı rəsmi yazısında Hindistan hökumətinin tələbinə uyğun olaraq istəmədikləri qərarı verməli olduqlarını bildirib.
Bu qərara etiraz edəcəklərini açıqlayan platforma, hər zaman fikir azadlığının tərəfində olacaqlarını və istifadəçilərin düşündüklərini sərbəst ifadə edə bilmələri üçün hər şeyi edəcəklərini iddia edib. Hesabları bağlanan istifadəçilərin xüsusi məlumat mesajı aldığı da bildirilir.
Günel Məlikzadə