“Oskar”çı rejissor “Kann”da jüri sədri oldu
    • 27-02-2019, 16:08
    • 902

“Oskar”çı rejissor “Kann”da jüri sədri oldu

72-ci “Kann” kinofestivalında jüriyə sədrlik edəcək şəxsin adı açıqlanıb. 

News24.az xəbər verir ki, bu vəzifəyə meksikalı rejissor Alexandro Qonsales İnyarritu təyin edilib. 
Rejissor bu festivalın kariyerasının əvvəlindən indiyədək əhəmiyyətli olduğunu bildirib. İnyarritu həmçinin, kinonu “planetin vena damarı”, “Kann” festivalını isə ürəyi adlandırıb. 
Alexandro Qonsales İnyarritu 22 il müddətində “Oskar"ın xüsusi heykəlciyini ilk dəfə alan rejissordur.

Teymur MƏMMƏDOV