Prezident İçərişəhərlə bağlı SƏRƏNCAM İMZALADI
    • 27-02-2020, 15:28
    • 1 204

Prezident İçərişəhərlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında  sərəncam imzalayıb. 

News24.az-ın xəbərinə görə, sərəncama əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.