"Yaradıcı insanın da alqış eşitməyə ehtiyacı var..." - ƏBÜLFƏS QARAYEV
    • 22-04-2020, 21:23
    • 3 048

"Yaradıcı insanın da alqış eşitməyə ehtiyacı var..." - ƏBÜLFƏS QARAYEV

"Yaradıcı insanların bu gün evdə qalıb işləri ilə məşğul olması bir tərəfdən müsbətdir, ancaq sərbəstlik baxımından müəyyən dərəcədə çətindir. Çünki yaradıcı insanlar daim sərbəstliyə öyrəşiblər. Ona görə də istər rəssamların, istərsə də müğənnilərin tamaşaçı ilə təmasda olmaması, onların yaradıcılığının inkişafına təsir göstərir".

News24.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev AzTV-yə verdiyi müsahibəsində deyib. O, bildirib ki, mədəniyyət virtual məkanda da yaşaya bilər: "Akademik Milli Dram Teatrı bir həftə ərzində online şəkildə altı tamaşa nümayış etdirdi. 15 ölkədən 30.000 tamaşaçı o səhnə əsərlərini izlədi. "Mədəniyyət virtual məkanda da yaşayıb özünü göstərə bilər, çünki bu yaradıcı prossesdir. Və hər bir yaradıcı insanın da auditoriyasının alqışını eşitməsinə ehtiyacı var".

Sevda Bayramova