Azərbaycan və Türkiyə məşhurları İstanbulda mükafatlandırıldı: “Digər türk xalqları da…”  - FOTOLAR
    • 20-12-2018, 15:31
    • 1 301

Azərbaycan və Türkiyə məşhurları İstanbulda mükafatlandırıldı: “Digər türk xalqları da…” - FOTOLAR

İstanbulda II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri mükafatlandırma gecəsi baş tutub.

News24.Az xəbər verir ki, məqsədi iki qardaş ölkənin ən yaxşılarını seçmək olan mərasim ”Eresin Hotels Topkapı”da keçirilib. Siyasətçilər, iş adamları və sənətçilərin mükafatlandırıldığı tədbirə qatılanlar arasında türkiyəli məşhurlar Ebru Yaşar, Hakan Peker, Koray Avcı, azərbaycanlı məşhurlar Roza Zərgərli, Ayaz Qasımov, Yaşar Yusub, Kənan M.M, Afaq Gəncəli, Lalə Azərtaş, İlqar Əliyev və başqaları olub.

“BHS Group”un rəhbəri  Atakan Taşur ilə “Can” Media Qrupun rəhbəri Aysel Nazimin təşkil etdiyi gecənin aparıcılığını Merve Akıncı və Şəhriyar Əbilov edib.

A.Taşur gecəni açıq elan edərək, qonaqları salamlayıb. O bildirib ki, ötən ilki qədər bu il də mükafatlandırma gecəsi maraqla qarşılanıb.

Aysel Nazim isə növbəti illərdə digər türk xaqlarının da layihəyə dəvət edəcəklərini açıqlayıb:

“Atakan bəylə bu gecəni hazırladıq. Mən öz adıma qürurluyam ki, iki qardaş ölkənin mədəniyyət, iş və televiziya dünyasından olan nümayəndələri bir araya gətiririk. İnşallah, hər il mükafatlandırma gecəsi təşkil edəcəyik. Önümüzdəki illərdə digət türk xalqlarını da layihəmizə cəlb edəcəyik”.

Mərasimdə Muhterem Nur, Hakan Peker, Askin Tuna, Turgay Kıran və Ömür Gedik, Brilliant Dadaşova “Həyatboyu Onur Mükafatı”na layiq görülüblər. “Yeni Müsavat” Media Qrupuna daxil olan Minval.info və “MUZ TV” media dəstəyinə görə mükafatlandırılıblar.

İlin ən yaxşı model məktəbi - İa Model Məktəbi -  İlqar Əliyev
İlin ən yaxşı gündüz yayımlanan verilişi - 2.Sayfa Kanal D - Müge & Gülşen
İlin ən yaxşı dram aktrisası - Məleykə Əsədova
İlin ən yaxşı xəbər aparıcısı  - Lalə Azərtaş – ATV xəbər
İlin ən yaxşı sosial-analitik proqramı - "Bizimləsən" - Zaur Baxşəliyev
İlin ən yaxşı komediya serialı – “Çocuklar duymasın” - Birol Güven
İlin ən yaxşı mədəniyyət və incəsənət proqramı – “V Element”
İlin ən yaxşı serial aktyoru - Tamer Karadağlı
İlin ən yaxşı maqazin proqramı – “ATV maqazin onlarla” – Afaq Gəncəli
İlin ən yaxşı komediya aktrisası – Dilarə Əliyeva
İlin ən yaxşı serial aktyoru – Rəşad Kəsəmənli
İlin ən yaxşı mahnısı -  "Gülə-gülə" - Yaşar Yusub
İlin ən yaxşı dietoloqu -  Şəfa Yadigarova
İlin ən yaxşı sənətçisi - Cem Belevi
İlin ən yaxşı aktrisası - Vahide Perçin
İlin ən yaxşı aktyoru - Altan Gördüm
İlin ən yaxşı mahnısı – “Yaranamadım” - Yusuf Güney
İlin ən yaxşı musiqi Qrupu - "Enbe" Orkestrası Behzat Gerçeker
İlin ən yaxşı şoumeni - Azər Axşam
İlin ən yaxşı arabesk qadın sənətçisi - Kibariye
İlin ən yaxşı arabesk kişi  sənətçisi - Serkan Kaya
İlin ən yaxşı qadın sənətçisi - Tuğba Yurt
İlin ən yaxşı kişi pop sənətçisi - Emre Kaya
İlin ən yaxşı qadın pop sənətçisi - Roza Zərgərli
İlin ən yaxşı kişi pop kişi sənətçisi - Ayaz Qasımov
İlin ən yaxşı səs sənətçisi - Koray Avcı
İlin ən yaxşı proqramı server aparıcısı - Seren Serengil
İlin ən yaxşı prodüseri - Kamal Aslan

News24.Az