Bakıda məşhur liseyin 9 şagirdi və 1 müəllimi - QIZILCAYA YOLUXDU

Bakıda məşhur liseyin 9 şagirdi və 1 müəllimi - QIZILCAYA YOLUXDU Sağlamlıq

Bakıda 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.

News24.az xəbər verir ki, bu barədə sfera.az-a təhsil müəsisəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar isə həqiqətə uyğun deyil: 

"Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".