Həkimlərin sertifikasiya imtahanı təxirə - SALINDI

Həkimlərin sertifikasiya imtahanı təxirə - SALINDI Sağlamlıq
Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb. 

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb: “Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək”.