Onkoloqdan xərçənglə bağlı - XƏBƏRDARLIQ

Onkoloqdan xərçənglə bağlı - XƏBƏRDARLIQ Sağlamlıq
Avropa Tibb Mərkəzinin (EMM) Onkologiya İnstitutunun direktor müavini Pavel Koposov 45 ildən sonra bədxassəli şişlərin inkişaf riski artdığını bildirib.

News24.az xəbər verir ki, buna səbəb yaşla toxumaların köhnəlməsi və immunitet sisteminin mutasiyaların baş verdiyi hüceyrələrlə effektiv şəkildə mübarizə aparmağı dayandırmasıdır.  

Koposovun sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsinə yaşla yanaşı, siqaret çəkmə, insolyasiya, zəhərli maddələrə məruz qalma, insan papillomavirusları və hepatit kimi amillər təsir edə bilər.

Aynurə