Azərbaycanda orqan köçürülməsi üçün ən çox bu şəxslər müraciət edir

Azərbaycanda orqan köçürülməsi üçün ən çox bu şəxslər müraciət edir Sağlamlıq
"Transplantasiyada yaş məhdudiyyəti yoxdur. Əgər orqan bağışlayan şəxs sağlamdırsa, köçürməyə heç bir əngəl yoxdur".

News24.az-ın məlumatına görə, bunu açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, transplantasiya növbəlilik prinsipi əsasında həyata keçirilir: "Əgər təcili durum yoxdursa, növbə üzrə orqan köçürməsi həyata keçirilir".

Sədrin sözlərinə görə, müraciətlərin böyük əksəriyyəti böyrək köçürməsi ilə bağlıdır: "Hazırda 200-dən çox şəxs böyrək transplatasiyasını gözləyir. Bizim ölkədə də, dünyada da ən çox müraciət məhz bununla bağlıdır. İkinci müraciət edənlərsə talassemiya xəstələridir. Hazırda növbə gözləyən 4 talassemiya xəstəsi var. Əlavə 7 nəfər də müraciət edib". 

Y.Abbasova əlavə edib ki, transplatasiyanı həyata keçirəcək həkimi də xəstə özü seçə bilər.

Qumral Əliyeva