Sumqayıtda silahlı hücumda yaralananların - SON VƏZİYYƏTİ

Sumqayıtda silahlı hücumda yaralananların - SON VƏZİYYƏTİ Sağlamlıq

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın  vəziyyəti isə stabil qiymətləndirilir.