TƏBİB Şəkidəki zəhərlənmə ilə bağlı məlumat - YAYDI

TƏBİB Şəkidəki zəhərlənmə ilə bağlı məlumat - YAYDI Sağlamlıq
Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirib.

Qeyd edilib ki, 27 (20 qadın, 7 kişi) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilir.