ÜST dünyaya elan etdi: - "HAZIR OLUN"
Sağlamlıq
“Yeni pandemiyanın yaranması, dayandırılması mümkün olmayan bir prosesdir”.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge “TASS”a açıqlamasında bildirib.
“Əsas odur ki, bu cür hadisələrə hazır olun. Qloballaşan dünyada, şübhəsiz ki, başqa pandemiyalar da ola bilər. Amma ən əsası hazır olmaqdır. Biz çoxlu dərslər öyrənmişik ”, - o deyib.
Daha əvvəl ÜST COVID-19 və sağlamlıq fövqəladə halları ilə bağlı yeni mərhələyə keçmək planının başladığını elan edib. Proqrama sərmayə qoyuluşu və dövlətlərin "birgə nəzarətə" diqqətinin artırılması, xəstəlik məlumatlarının toplanması və təhlili üçün laboratoriya potensialının yaradılması və xüsusi "COVID-19 və qrip pandemiyasına cavab planlarının" təmin edilməsi daxildir.
Ayşən