Həyat yolddaşı azərbaycanlı olan məşhur türk aktyoru:
    • 4-10-2019, 15:14
    • 857

Həyat yolddaşı azərbaycanlı olan məşhur türk aktyoru: "ANCAQ QIZIM... - VİDEO

Ötən gün paytaxtda türkiyəli və azərbaycanlı aktyorların yer aldığı "Hareket sekiz" filminin qala gecəsi keçirilib.  

News24.az xəbər verir ki, təqdimatda türkiyəli sənətçilər Ali Sunal, Hande Katipoğlu, Onur Atilla və azərbaycanlı sənətçilər Elcan Rəsulov, İslam Mehrəliyev, Pərvin Abıyeva iştirak ediblər.

Ekran əsərinin baş rol ifaçısı Ali Sunal Bakıda olmaqdan məmnunluğunu dilə gətirib:"Qaladan öncə bir dəfə Bakiya filmimizin çəkilişləri üçün gəlmişdim. Çox maraqlı ekran əsəri alındı. Azərbaycan aktyorları ilə birgə əməkdaşlıq etmək bizim üçün olduqça maraqlı və yaddaqalan oldu. Düşünürəm ki, Türkiyədə olduğu kimi eyni ilə də Azərbaycanda filmimiz bəyəniləcək.

Qeyd edək ki, türkiyəli aktyor bu yaxınlarda ata olub. O, bu haqda jurnalistlərin suallarını səmimi cavablayıb:" Ailə ən həvəslə danışdığım mövzudur. Evlənəndən, ata olduqdan sonra həyatımda hər şey dəyişdi. Əvvəllər ancaq həyat yoldaşımı, özümü və işimi düşünürdümsə, indi ancaq qızım barədə fikirləşirəm. Ata olmaq çox gözəl duyğudur. Həyat yoldaşım iran azərbaycanlısıdır".

Sevda Bayramova