Ruhi Əliyeva Demet Akalınla GÖRÜŞDÜ - FOTOLAR - VİDEO
    • 12-02-2020, 15:56
    • 1 839

Ruhi Əliyeva Demet Akalınla GÖRÜŞDÜ - FOTOLAR - VİDEO

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım" şirkətinin ərsəyə gətirdiyi "Ağır Romantik" filminin bu gün qala gecəsi baş tutacaq.

News24.az-ın məlumatına görə bu münasibətlə Ruhi Əliyeva İstanbula yollanıb. Böyük təqdimatdan öncə iş xanımı Türkiyənin pop ulduzu Demet Akalınla görüşüb. Görüş zamanı sevilən simalar bir sıra yeni layihələrlı bağlı söhbətləşiblər. Akalın söhbət əsnasında Azərbaycan üçün çox darıxdığını və tezliklə ölkəmizdə çıxış etmək istədiyini bildirib.

Qeyd edək ki, sözügedən görüşdə dünyaca məşhur stilist Anar Ağakişiyev və tanınmış müğənni Esra Balamir də iştirak edib. Görüş zamanı lentə alınan videları və fotoları tanınmışlar şəxsi "İnstagram" hesablarında paylaşıblar.

Sevda Bayramova