Fatimə Fətəliyeva: “Qarşı tərəfə sadəcə gülürəm” - FOTOLAR - VİDEO
    • 27-11-2018, 14:34
    • 2 808

Fatimə Fətəliyeva: “Qarşı tərəfə sadəcə gülürəm” - FOTOLAR - VİDEO

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyeva və müğənni Xatun Əliyeva arasında qalmaqal yaşanır.

News24.az-ın məlumatına görə ötən həftə “ATV maqazin 10larla” verilişinə məsələ ilə bağlı açıqlama verən X.Əliyeva “Məhkəmədə qalib gəldiyimə görə çox üzgünəm. Kaş mən uduzardım. Bəlkə bu insan sakitləşərdi” – deyib.

İfaçı mübahisənin xına mərasiminə görə yarandığını bildirib:

“Münaqişəmiz yanvarın 14-də başlayıb. Onun işlətdiyi salonda qardaşım Balaş icarəçi idi. Tez-tez salona gedirdim. Məkanda işçilər dərdlərini mənə danışırdı. O qadından şikayət edirdilər. Bir gün mən də dözmədim və aramızda münaqişə yarandı. Xına evi açacağımı eşitdikdən sonra isə mübahisəmiz daha da qızışdı”.

Xatun Əliyeva açıqlamasında Fatimə Fətəliyevanın vəkilinin barışıq üçün onun atasına müraciət etdiyini və qarşı tərəfin barışıq ərizəsi hazıladığını bildirib.

Məsələ ilə bağlı F.Fətəliyevanın vəkili Könül Əliyeva ilə əlaqə saxladıq.

O,  Fatimə Fətəliyevanın məhkəməyə əslində hansı səbəbə görə müraciət etdiyini açıqlayıb, qarşı tərəfdən üzr istəməsini təkzib edib:

“Biz iddia ərizəsi ilə məhkəməyə ona görə müraciət etdik ki, həmin xanım Fatimə xanıma işarə vuran mövzular yayırdı və digər insanlar ondan soruşanda ki, Fatimə xanımı nəzərdə tutursunuz? O, cavabında hər dəfə gülüş işarəsi qoyurdu.

Məhkəmədə qarşı tərəfin vəkili ilə yanaşı atası Aydın bəy də iştirak edirdi. Bizim iddiamıza qarşı etiraz ərizəsi təqdim etdilər, hansı ki, oraya kimin imza çəkdiyi bilinmirdi.

Şahidlər dindirildikdən, Fatimə xanım izahat verdikdən və materiallar təqdim olunduqdan sonra Aydın bəy “Qızım, aranızda qan davası olmayıb, insan ölməyib ki... Nəyə lazımdır? Hər ikiniz də məşhursunuz. Məhkəmə proseslərinə getmək lazım deyil. Mən bir ağsaqqal kimi təklif edirəm ki, gəlin bu məsələni bitirək. Mən hadisədən xəbər tutan vaxt bu məsələ bitdi” dedi.

Daha sonra isə Aydın bəy qızına görə üzr istədi. Məsələnin bitməsini və tərəflərin dost olmasını istədi.

Ümumiyyətlə, hər bir hakim məhkəmədə tərəfləri barışığa səsləməldir. Bu, hakimin hüququ deyil, vəzifəsidir. Belə də oldu. Elə barışıq mövzusu ilə də qarşı tərəfdən ilk üzr istəmə oldu.

İkinci üzr istəyən zaman isə qarşı tərəfin atası “Siz istəyirsiniz ki, qızım sizdən ictimai şəkildə üzr istəsin. Mən onun rəsmi nümayəndəsi və atası olaraq üzr istəyirəm” dedi.

Hətta Fatimə xanım Aydın bəyə utandığını, buna gərək olmadığını, belə olan halda, məsələni bitirməyə razı olduğunu bildirdi.

Bundan sonra isə aramızda barışıq sazişi imzalanmalı idi. Biz iddiamızı geri götürməli, qarşı tərəf isə bir daha bu tip məlumat yaymayacaqdı.

Barışıq sazişini hazırlayıb Xatun xanımın vəkilinə mail vasitəsi ilə yolladım.  Onlar da öz düzəlişlərini edib geri bizə göndərdilər. Məhkəmə günü isə Xatun xanımın atası məhkəməyə gəlmədi. Bunun səbəbini bilmirik”.

Vəkilin açıqlamasından sonra Fatimə Fətəliyeva da Xatunla olan qalmaqalı haqda saytımıza danışıb:

“Gördüyünüz kimi, mənim vəkilim heç kimdən üzr istəməyib. Həmçinin deyirlər ki, mənim anam və qızım qarşı tərəfə üzrxahlıq edib. Bu, yalandır.

Nə anam, nə də qızım onlardan üzr istəməyiblər. Bütün media nümayəndələrindən xahiş edirəm ki, bu mövzuda ailə üzvlərimin adını hallandırmasınlar, mövzuya birtərəfli yanaşmasınlar.

Bir adam da ondan soruşmur ki, nəyə görə bu məsələ oldu. Axı xına söhbəti deyil. Qarşı tərəfə sadəcə gülürəm. Onlardan şəkilləri, şərhləri, köməkçimi hədələməkləri haqda soruşun”.

F. Fətəliyevanın vəkili K. Əliyevanın bizə yolladığı müəyyən məhkəmə sənədlərini təqdim edirik.

Teymur MƏMMƏDOV