Aparıcı Zaur Nəbioğlu: "Nanə müəllif hüquqlarımı pozub"
    • 8-12-2018, 13:06
    • 3 329

Aparıcı Zaur Nəbioğlu: "Nanə müəllif hüquqlarımı pozub"

Teleaparıcı Zaur Nəbioğlu həmkarı Nanə Ağamalıyevadan şikayət edib. 

News24.az xəbər verir ki, N.Ağamaliyevanın onun layihəsinin kadrlarından icazəsiz istifadə etməsi Z.Nəbioğlunu əsəbləşdirib: 
“2015-ci ildə “A-dan Z-yə” verilişində Tacir Şahmalıoğlunu onaq etmişdim. Həmin ərəfədə qardaşı vəfat etmişdi. Çəkilişi onun 40-ı çıxmamışdan etmişdik. Süjeti Aytac Bayramzadə hazırlamışdı. Həmin veriliş Azərbaycan televiziyalarında yayımlanan ən reytinqli proqram olmuşdu. 
Bu gün isə həmkarım Nanə Ağamalıyeva “ATV Show” səhər verilişində mənim layihəmdən istifadə edib və həmin kadrları öz komandası çəkmiş kimi təqdim edib. Hətta həmin verilişin adını və tarixinin üzərini örtüb. 
Mən hazırda həmin layihəni "Olduğun kimi" adı ilə “Xəzər” TV-də yenidən təqdim edəcəm. Sözügedən süjeti verilişimin növbəti buraxılışlarından birində yayımlayacaq. Niyə mənə deyilmədən bu hərəkətə yol verilib. Ən azından televiziya qanunları var. Yəni, hər bizimizlə münasibəti varkən bu düzgündürmü? Müəllif hüququ haqda olan qanunu pozublar. Əgər normal qaydada məndən icazə alınsaydı, həmin süjetlərin keyfiyyətli kadrlarını təqdim edərdim”.

Zaur Nəbioğlu həmkarı ilə küsülü olmadığını da açıqlayıb:
“Uman yerdən küsürəm.  “A-dan Z-yə” verilişim efirə gedərkən Nanə ilə tez-tez əlaqə saxlayırdıq. Layihəmin efirə getməsinə sevinənlərdən birincisi o, olmuşdu. Onunıa birlikdə işləmişik. Nanənin gözünün qarşısında televiziyaya gəlmişəm. Onun belə etməsi heç xoş olmadı”.

Teymur MƏMMƏDOV