Deputatlığa namizəd Vüqar İskəndərov görüşlərə davam edir
    • 28-01-2020, 01:34
    • 2 758

Deputatlığa namizəd Vüqar İskəndərov görüşlərə davam edir

113 saylı Şəki şəhər seçki dairəsindən YAP-ın namizədi Vüqar İskəndərov YAP Şəki Təşkilatı Gənclər Birliyinin fəal üzvləri ilə birlikdə Baltalı kəndində sakinlərlə görüşüb. 


News24.az xəbər verir ki, görüşdə 100-ə yaxın kənd sakini iştirak edib. V.İskəndərov ölkə rəhbərinin təşəbbüsü ilə regionların sosial iqtisadi inkişafı üçün aparılan islahatlardan və bu proqramın uğurla həyata keçirilməsindən söhbət açıb.

 

Əhalini seçkilərdə fəallıq göstərərək “Daha Güclü Azərbaycan naminə” devizi altında inkişafa və tərəqqiyə səs verməyə dəvət edib. Daha sonra sakinlər kəndin inkişafı ilə bağlı bir neçə məsələləri namizədin diqqətinə çatdırıblar. 


Sakinlər böyük coşqu ilə bu dairədən olan YAP-ın namizədi V.İskəndərovu dəstəkləyəcəklərini vurğulayıblar.